RU

Rusiyalı deputatdan təklif- Donbasda bölgələrdən birinin idarəçiliyi Əsədə verilə bilər...

Image

Suriyada inqilabla 61 illik Bəəs rejimi devrildi. Müxalif qruplar paytaxt Dəməşqi ələ keçirdikdən sonra Bəşər Əsəd ailəsini də götürərək Rusiyaya qaçdı. 135 milyard dollarla Suriyaya qaçan Əsədin gələcəyinin burada necə olacağı maraq doğurur...

Qərb mətbuatında Moskvanın ən dəbdəbəli yerlərindən birində 30 milyon funt sterlinqə ev aldığı və dəbdəbəli həyatını davam etdirdiyi iddia edilən Əsəd üçün rusiyalı deputat Dmitri Kuznetsovdan maraqlı təklif gəlib.

Kuznetsov bildirib ki, Əsəd rus xalqının xidmətində olduğunu sübut etməlidir və bunun üçün o, Donbasda görəvləndirilməlidir.

Donbasda müharibədən zərər çəkmiş bölgələrdən birinin idarəçiliyinin Əsədə verilə biləcəyini ifadə edən Kuznetsov bildirib ki, o, ailəsi ilə birlikdə Mariupolda yeni tikilən binalardan birinə yerləşə bilər: O, eyni zamanda Emir Kusturitsanın Donbasda Dostoyevski haqqında film çəkməsinə də dəstək ola bilər”.

Kuznetsov bildirib ki, Əsəd Donbasın yenidən qurulmasına töhfə verərsə, vətəndaşlıq məsələsinə baxıla bilər.

Qeyd edək ki, Donbas 3 ildir davam edən Ukrayna-Rusiya müharibəsinin əsas səbəblərindən biri olub. Hazırda bölgənin böyük bir hissəsi Rusiyanın nəzarətindədir.

Suriyadan qaçdıqdan sonra Rusiya prezidenti Putinin qərarı ilə Əsəd və ailəsinə sığınacaq verilib. Qaçarkən özü ilə 135 milyard dollar apardığı bildirilən Əsəd ailəsinin, Moskva və Londondakı daşınmaz əmlakları ilə 2 milyard dollara yaxın sərvətə sahib olduğu iddia edilir.

TAHİR





Избранный
34
baki-xeber.com

1Источники