RU

Məşhur bəstəkarın dəfninə 5 nəfər qatıldı - FOTO

Milyonların əzbərlədiyi "Çilli Bom" mahnısının bəstəkarı Kenan Küçüközcan 77 yaşında Mersində dünyasını dəyişib. 

“Cebheinfo.az” xəbər verir ki, bir müddətdir qocalar evində qalan sənətçinin dəfnində biri imam olmaqla cəmi 5 nəfər iştirak edib.

Küçüközcanın 10 gün əvvəl qaldığı qocalar evində halı pisləşərək xəstəxanaya yerləşdiridiyi və bütün müalicələrə baxmayaraq, orqan çatışmazlığından vəfat etdiyi qeyd olunub. Sənətçinin bir oğlu olduğu deyilir. 

1970-ci illərin önəmli bəstəkarı və vokal sənətçisinin cənazəsi Erdemli Dövlət Xəstəxanasının morqundan çıxarılaraq Koyuncu rayonundakı Çet Təpə qəbiristanlığına aparılıb. 

Burada Mersin Böyük Şəhər Bələdiyyəsi Cənazə Xidmətinə bağlı imamın qılındığı cənazə namazından sonra sənətçinin cənazəsi kimsəsizlər qəbiristanlığında torpağa tapşırılıb.

Bildirək ki, türk və ingilis dillərində mahnılar bəstələyən və “Kenan” adı ilə 45 albom çıxaran Küçüközcan, “Çilli Bom” (Çillim, Çillim), “Askerliğim Bitince”, “Ayrı Yaşayan Kalpler”, “Benim Yarım Çok Güzeldir”, “Deli Oğlan”, “Senden Sonra”, “Küçük Yaşta Aldım Sazı Elime” kimi əsərləri səsləndirib. 

Qeyd olunub ki, 1972-ci ildə “İlin perspektivli kişi sənətçisi” seçilən bəstəkar bir müddət ABŞ-də yaşayıb, 1996-cı ildə Türkiyəyə qayıdıb. 

Bildirilib ki, Küçüközcan bir müddətdir Mersində tək yaşayıb, lakin son aylarda ehtiyaclarını qarşılaya bilmədiyi üçün 2 ay əvvəl Erdemli rayonundakı qocalar evinə yerləşdirilib. 

Избранный
34
cebheinfo.az

1Источники