RU

AFFA I Liqa klublarını cərimələdi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, iclasda I Liqanın IX turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

11 dekabr 2024-cü il tarixində I Liqada IX turun “Qaradağ Lökbatan” – MOİK oyununda “Qaradağ Lökbatan” komandasında 6 nəfər sarı vərəqə aldığına görə “Qaradağ Lökbatan” komandası 70 manat cərimə edilir (maddə 37);

11 dekabr 2024-cü il tarixində I Liqada IX turun “Qaradağ Lökbatan” – MOİK oyunu polis nümayəndəsi olmaması səbəbindən gec başladığına görə “Qaradağ Lökbatan” komandası 100 manat cərimə edilir (maddə 72.4);

11 dekabr 2024-cü il tarixində I Liqada IX turun “Baku Sporting” – “Difai” oyununda xərəkdaşıyanların say limiti pozulduğuna görə “Baku Sporting” komandası 80 manat cərimə edilir (maddə 74.1);

13 dekabr 2024-cü il tarixində I Liqada IX turun “Mingəçevir” – “İmişli” oyununda “Mingəçevir” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Mingəçevir” komandası 70 manat cərimə edilir (maddə 37);

13 dekabr 2024-cü il tarixində I Liqada IX turun “Zaqatala” – “Karvan” oyununda “Karvan” komandasının inzibatçısı Məhəmmədəli Hüseynov “A buraxılışı” vəsiqəsindən istifadə etmədiyinə görə “Karvan” komandası 50 manat cərimə edilir (maddə 51.8);

13 dekabr 2024-cü il tarixində I Liqada IX turun “Qəbələ” – “Cəbrayıl” oyununun 76-cı dəqiqəsində “Cəbrayıl” komandasının 8 nömrəli futbolçusu Zeynəddin Abdurahmanov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Cəbrayıl” komandası 50 manat cərimə edilir (maddə 36.5);

saytlarin hazirlanmasi

Избранный
26
sportal.az

1Источники