RU

Qış qapını döydü - Qarlı havalarda yolda qalmamaq üçün nə edək?

Bakı. Trend:

Qışın gəlişinə sayılı günlər qalsa da, bu gündən ehtibarənpaytaxtda qar yağmağa başlayıb. Qar yağanda müxtəlif problemlər dəonunla birlikdə baş qaldırır. Bu məsələlərdən ən başlıcası dayollarda buzlaşmanın artması, sürüşmə hallarının baş verməsiehtimallarının çoxalmasıdır. Baş verən yol-nəqliyyat hadisələrinində arxasında çox vaxt buzlu yollar dayanır.

Bəs kiçikdən-böyüyə hər kəsin istifadə etdiyi ictimainəqliyyat vasitələri buzlu yollara hazırdırmı?

Məsələ barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən(AYNA) bildirilib ki, payız-qış mövsümünə keçidlə əlaqədarpaytaxtda və bölgələrdə marşrutlar üzrə hərəkət edən avtobuslarda,eləcə də, avtoparklarda zəruri tədbirlərin görülməsi barədə AYNAdaşıyıcılara müvafiq tapşırıqlar verib.

"Tapşırığa əsasən, daşıyıcıların istismarında olan marşrutlarüzrə fəaliyyət göstərən avtobusların işlək vəziyyətdə saxlanılmasıvə sərnişinlərə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsi, eynizamanda, sərnişindaşımada təhlükəsizliyin və fasiləsizliyin təminedilməsi üçün müvafiq profilaktik tədbirlər həyatakeçirilməlidir.

Sürücülərin və texniki xidmət personalının qış mövsümündəavtomobillərin istismarına dair təlimatlandırılması, avtobuslaramövsümi texniki xidmətin göstərilməsi və dövri texniki xidmətvaxtının təyin edilməsi, avtonəqliyyat vasitələrinin müvafiqmaddi-texniki baza ilə təmin olunması, şinlərin mövsümə uyğuntəchiz olunması, avtomobillərin istilik sistemləri ilə təminedilməsi vacib şərtdir.

Sərnişindaşımada xidmət göstərən sürücülər mütəmadi olaraqsürüşmə ehtimalı olan enişli-yoxuşlu yollarda, buzlu döngələrdə,körpü və yol ötürücülərində daha diqqətli olmalı, hərəkət sürətinənəzarət etməli, baş verə biləcək yol-nəqliyyat hadisələri ilə bağlırisklərin daha çox olmasını nəzərə alaraq, bu istiqamətdə tədbirlərgörməlidirlər", - deyə qurumdan əlavə edilib.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildiribki, müasir şəhərin nəqliyyatında heç bir fasilə olmamalıdır:

"Hansısa bir meteoroloji şərait nəqliyyatda fasiləyaratmamalıdır. Şəhərin bütün küçələri, yolları həmişə hərəkət üçünəlverişli, uyğun vəziyyətdə saxlanılmalıdır. Qar yağdısa, qarıtəmizləyən avadanlıq olmalı, ciddi buzlaşma olarsa, buzlaşmaəleyhinə vasitələr tətbiq edilməlidir.

Düzdür, indi Bakıda ciddi buzlaşmalar çox nadir hallarda başverir. Qar yağanda isə böyük texnikalarla yollar təmizlənməlidir.Güclü qar yağan zaman təmizlənmə işlərinə ilk növbədə əsasmagistral yollardan, ictimai nəqliyyatın daha çox istifadə etdiyiyollardan başlamaq lazımdır. Çalışmaq lazımdır ki, ictimainəqliyyatda, eyni zamanda, ümumi nəqliyyat axınında fasiləyaranmasın.

Qış, qar, buz təbiətin qanunauyğunluğudur. Şəhər infrastrukturuelə qurulmalıdır ki, bu, hərəkətə problem yaratmasın. Ola bilər ki,nə vaxtsa çoxlu qar yağar, güclü şaxta olar, onda da nəqliyyatvasitələri hazır olmalıdır. Avtobusların, minik avtomobillərinintəkərləri qarda idarəetməyə uuğun olmalıdır. Mühərrikin soyudulmasıüçün nəzərdə tutulmuş texniki mayelərin soyuq havalar üçün nəzərdətutulanları istifadə olunmalıdır.

Şüşəyuyanlar belə hazır hala gətirilməlidir. Eyni zamanda,avtobusların salonunun isitmə, havalandırma sistemləri işləkvəziyyətdə olmalıdır ki, diskomfort yaratmasın. Ən əsası, nəqliyyatvasitələrini idarə edən sürücülərin qışda, buzlu yollarda avtomobilidarə etmək təcrübəsi olmalıdır ki, problem yaşamasınlar. Bu zamanhər şey qaydasında olur", - deyə ekspert əlavə edib.

Избранный
55
6
az.trend.az

7Источники