RU

Məsud Pezeşkian Misirə gedir: Ərdoğan isə...

İran prezidenti Məsud Pezeşkian bu həftə D8 (İnkişaf edən Səkkizlik) toplantısında iştirak etmək üçün Misirə səfər edəcək. Musavat.com xəbər verir ki, bu barədə məlumatı “Middle East News”-a müsahibəsində İran rəsmisi təsdiqləyib.

İran rəsmisinin sözlərinə görə, Pezeşkian səfər çərçivəsində digər ölkələrin liderləri ilə də ikitərəfli görüşlər keçirəcək. Səfərin əsas məqsədi D8 toplantısında iştirak olsa da, müzakirə olunacaq mövzular arasında regional məsələlərin, xüsusilə Suriyadakı son hadisələrin yer alacağı gözlənilir.

Eyni zamanda, mətbuatda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu həftənin cümə axşamı Misirə səfər edəcəyi barədə məlumat yayılıb. Gözlənilir ki, Pezeşkian və Ərdoğan Misirdə bir araya gələrək Suriya böhranını və regional təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.

Hazırda Suriyada dəyişən geosiyasi dinamika İran və Türkiyə üçün mühüm əhəmiyyət kəsb edir. İki ölkənin prezidentlərinin bu məsələni dərinləşdirilmiş formatda müzakirə edəcəyi və bölgədəki gələcək addımlarını koordinasiya edəcəyi ehtimal edilir.

Bu səfər, həm İran-Türkiyə münasibətləri, həm də regional problemlərin həlli baxımından diqqətlə izlənilir.

Musavat.com

Избранный
14
9
musavat.com

10Источники