Dünyaca məşhur “Mango” geyim dizaynı və satışı şirkətinin qurucusu, İspaniyanın ən varlı adamlarından olan İsak Andik Kataloniyada dağlıq ərazidə qəzada dünyasını dəyişib.Metbuat.az yerli mətbuata istinadla bildirir ki,71 yaşlı iş adamı Kolbato bələdiyyəsində dərəyə yıxılaraq ölüb.“La Vanguardia” qəzetinin yazdığına görə, iş adamı ailə üzvləri ilə birgə ekskursiyada olub. O, 150 m hündürlükdən yıxılıb.Xatırladaq ki, “Mango” mağazalar şəbəkəsi 1984-cü ildə Kataloniya Muxtar Bölgəsində türk əsilli iş adamı İsak Andik tərəfindən qurulub.Forbes jurnalına görə o, İspaniyanın beşinci ən zəngin adamı idi. Manqonun dünyada təxminən 2,7 min satış nöqtəsi var. Şirkət 2023-cü maliyyə ilini 3,1 milyard avronu keçən rekord satışla bağlayıb.