RU

"Mango"nun qurucusu faciəli şəkildə öldü

İspaniyanın "Mango" geyim şirkətinin qurucusu və ölkənin ən varlı adamlarından biri İsak Andik Kataloniya muxtariyyətində dağlıq ərazidə baş verən qəzada dünyasını dəyişib.

hakimiyyet.az xəbər verir ki, bu barədə "El Pais" qəzeti məlumat yayıb.

Onun məlumatına görə, 71 yaşlı iş adamı Kolbato bələdiyyəsində dərəyə yıxılaraq ölüb.

"La Vanguardia" qəzetinin aydınlaşdırdığı kimi, Andik ailə üzvləri ilə birgə ekskursiyada olub. O, 150 metr hündürlükdən yıxılıb.

"Mango" mətbuata açıqlamasında ölüm faktını təsdiqləyib.

Qeyd edək ki, "Mango" şəbəkəsi 1984-cü ildə Kataloniya Muxtar Bölgəsində İstanbulda doğulmuş yəhudi əsilli iş adamı İsak Andik tərəfindən yaradılıb. "Forbes" jurnalına görə o, İspaniyanın beşinci ən zəngin adamı idi.

"Mango"nun dünya üzrə təxminən 2 700 satış nöqtəsi var. Şirkət 2023-cü maliyyə ilini 3,1 milyard avrodan çox rekord satışla başa vurub.

Избранный
19
18
hakimiyyet.az

10Источники