RU

Ölkəsinə qayıdan suriyalıların sayı açıqlandı

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Bəşər Əsəd rejiminin süqutundan sonra Türkiyədən ölkəsinə qayıdan suriyalıların sayını açıqlayıb.

Avtosfer.az xəbər verir ki, bu barədə nazir sosial şəbəkədə yazıb.

Yerlikaya “Suriyanın azadlığına qovuşmasından öncə” Türkiyədən ölkəsinə qayıdan suriyalıların dekabrın 6-da 310, dekabrın 7-də 176 və dekabrın 8-də isə 240 nəfər olduğunu qeyd edib.

DİN rəhbəri sonrakı günlərdə kəskin artım olduğuna diqqət çəkib. Belə ki, onun sözlərinə görə, dekabrın 9-da 1 259, dekabrın 10-da 1 669, dekabrın 11-də 1 293, dekabrın 12-də 1 553, dekabrın 13-də 1 847 suriyalı vətəninə qayıdıb.

Xatırladaq ki, Suriyada Bəşər Əsəd rejimi noyabrın 27-də baş qaldıran Suriya müxalifətinin hücumu zamanı dağılmağa başlamışdı. Hücumun kulminasiyası paytaxt Dəməşqin süqutu və Bəşər Əsədin ölkədən qaçması olmuşdu. Dəməşqin süqutundan əvvəl yaraqlılar Qərbi Suriyada bir neçə şəhəri, o cümlədən Hələb və Həma şəhərlərini ələ keçirmişdilər.

Избранный
27
24
avtosfer.az

10Источники