RU

Suriyalılara ŞOK TƏKLİF - Bunu edənlərə 27 000 avro VERİLƏCƏK

Danimarka hökuməti suriyalı qaçqınların könüllü şəkildə öz ölkələrinə qayıtmasını təşviq etmək məqsədilə yeni repatriasiya proqramı təqdim edib.

Musavat.com xəbər verir ki, proqrama əsasən, hər bir yetkin qaçqına vətənə qayıdış müqabilində 27 000 avro, hər bir uşaq üçün isə əlavə 67 00 avro maliyyə dəstəyi təklif olunur.

Bu təşəbbüs qaçqınların inteqrasiyası ilə bağlı çətinlikləri və Danimarkanın qaçqın siyasətinə dair artan daxili təzyiqləri yüngülləşdirmək məqsədi daşıyır.

Hökumət rəsmiləri bildiriblər ki, proqramın əsas məqsədi qaçqınların təhlükəsiz və insan hüquqlarına hörmət edilən şəkildə vətənlərinə qayıdışını təmin etməkdir.

Bununla yanaşı hökumət qayıdış üçün müraciət edənlərə repatriasiya prosesi zamanı dəstək verməyə hazır olduğunu da bəyan edib.

Bəzi hüquq müdafiəçiləri və beynəlxalq təşkilatlar isə bu təşəbbüsə ehtiyatla yanaşır və Suriya kimi münaqişə sonrası vəziyyətdə olan bir ölkəyə qayıdışın qaçqınların təhlükəsizliyinə risk yarada biləcəyini qeyd edirlər. Onların fikrincə, Danimarka hökumətinin bu cür təşviq proqramları ilə qaçqınları qayıdışa məcbur etməsi əxlaqi və hüquqi baxımdan sual doğura bilər.

Hazırda bu təşəbbüs həm Danimarka daxilində, həm də beynəlxalq səviyyədə geniş müzakirələrə səbəb olub.

Musavat.com

Избранный
29
2
musavat.com

3Источники