RU

Suriyanın indiki "qəhrəmanı" Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... olub...

Image

“Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində Suriyada baş verən son hadisələrlə bağlı maraqlı paylaşım edib. A.Quliyev yazır: "Suriyanın bu günkü "qəhrəmanı" Colani deyilən keçmiş Əl -Qaidəçi, İŞİD-çı, Cəbhə - Nüsratçı, hazırda ETŞ- çi barədə yeni fakt üzə çıxıb...
Britaniya kəşfiyyatına bağlı media orqanları sensasiyalı xəbər yayıblar. Colani Hafiz Əsədin rejimində daxili işlər naziri, Əsədin isə müşaviri olmuş Şəranın qardaşı oğlu imiş...Colan təpələrində varlı bir ailədə doğulduğunu göstərən xəbərlər təsadüf deyilmiş...
 2016-17-ci illərdə İŞİD-i Bəşər Əsədin öz rejiminin yaratdığı barədə çox ilginc xəbərlər dolaşırdı. İddialar çox maraqlı idi- Əsəd onun rejiminə qarşı mübarizə aparan kürdlərin radikal təşkilatlarının gücünü zəiflətmək üçün bu İŞİD deyilən quldur dəstəsindən istifadə edirdi. Tarixi Palmira şəhərində bu dəstənin törətdiklərini yəqin xatırlayırsınız. Əsəd bu dəstəni bu gün PKK- YPG dəstələrinin əlində olan Rakka- Hasake- Deyrizor bölgəsinə təsadüfən yönəltmədi. Sonrası bəlli...
HTŞ, Colani meydana çıxdı....Cəmi bir neçə gün ərzində şəhərlərin tutulması və Əsədin çox asanlıqla qaçması şübhəli görünür ...Sanki Əsəd rejimi razılaşılmış formada hakimiyyəti Colani - Şəra qruplaşmasına buraxdı. Onun əmisinin Əsədlər rejimi ilə sıx ilişkilərdə olması bu günkü olaylarda nə önəm daşıya bilər?
Şübhəlidir..
Başqa bir şübhə Şamın Colani tərəfindən tutulmasının dərhal ardından İsrailin hücuma keçməsi və Colan təpələrini büsbütün işğal etməsi ilə bağlıdır.....Colaninin belə gücü varsa, niyə İsrailin yeni işğallarına qarşı hələ bir kəlmə də deməyib..?
Məncə Suriya Əsıddən qurtarsa da, qeyri- müəyyənlikdən hələ qurtarmayıb...."

Mətləb






Избранный
8
1
baki-xeber.com

2Источники