2022-ci ilin aprelində Cared Letonun baş rolda oynadığı "Morbius" filmi təqdim edilib. Film demək olar ki, bütün cəhətlərinə görə həm tənqidçilər, həm də tamaşaçılar tərəfindən tənqid edilib. Lakin bu yaxınlarda filmin uğursuz olmasına baxmayaraq gəlirli olduğu üzə çıxıb.
SeherXeber.org xəbər verir ki,bu barədə championat.com yazıb.
Məlumata görə, 75 milyon dollarlıq büdcə ilə film dünya üzrə kassada təxminən 167 milyon dollar qazanıb.
Qeyd edək ki, "Morbius" "Sony" kinostudiyası tərəfindən çəkilib. Film uğursuz təcrübə nəticəsində vampirə çevrilən alim Maykl Morbiusun hekayəsindən bəhs edir.(Oxu.Az)