"İrlandiyanın həyata keçirdiyi antisemitizm hərəkətləri və ritorikası ikili standartlara əsaslanır. İrlandiya İsraillə münasibətlərdə bütün qırmızı xətləri keçib", - bəyanatda deyilir.
Xatırladaq ki, ötən həftə İrlandiya hökuməti İsraili Qəzza zolağında “soyqırım”da ittiham edərək Beynəlxalq Cinayət Məhkəməsində iddia qaldıran Cənubi Afrika Respublikasını dəstəkləyib.