RU

İsraildən Qolan təpələri ilə bağlı qərar

İsraildən

İsrailin Baş naziri Benyamin Netanyahunun hökuməti Qolan təpələrinin inkişafı planını təsdiqləyib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsrail Nazirlər Kabinetinin rəhbərinin ofisinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, qərar Qolan təpələrində yaşayış məntəqələrini, o cümlədən təhsil, bərpa olunan enerji, tələbə kəndinin yaradılması və yeni sakinlərin qəbulunda Qolan təpələri Regional Şurasına kömək edəcək təşkilati inkişaf proqramı üzrə məsələlərin həllini gücləndirəcək.

Ofis planın həyata keçirilməsi üçün 40 milyon şekel (təxminən 18 867 191 manat) ayrılacağını açıqlayıb. Təşəbbüsün məqsədi Qolan təpələrinin əhalisini iki dəfə artırmaqdır.

Избранный
51
2
xalqcebhesi.az

10Источники