Suriyanın keçmiş lideri Bəşər Əsədin ailəsinin aktivlərinin dəyərinin 12 milyard dollar olduğu bildirilir.
Publika.az xəbər verir ki, bu rəqəm “The Wall Street Journal” (WSJ) tərəfindən açıqlanıb.
WSJ-nin məqaləsində qeyd olunur ki, Suriyanın keçmiş lideri mərhum atası Hafiz Əsədlə birlikdə kapitalı xaricdə gizlətmək üçün qohumlarından istifadə edib.