RU

12 Dekabr - Ulu Öndər Heydər Əliyevin anım günüdür » AzadMedia.az


Şimali Osetiya Alaniya Respublikasında “Azərbaycanlılar Konqresi” nin Mərkəzi ofisində Konqresin fəxri prezidenti Şahin Məmmədovun, Konqresin sədri Murtaza Gülməmmədovun və diospora üzvülərinn iştirakı ilə Ulu Öndərimiz Heydər Əliyevin anım günü tədbiri keçirildi.

Tədbiri giriş sözü ilə Şimali Osetiya Respublikası “Azərbaycanlılar Konqresi”nin fəxri Prezidenti Şahin Məmmədov açaraq Ulu öndərimiz haqqında məlumat verərək, Azərbaycan tarixində Ümumillilider Heydər Əliyevin yeri və rolu barədə danışdı:

-12 dekabr ümummilli lider Heydər Əliyevin anım günüdür. Azərbaycan xalqı görkəmli siyasi xadim Heydər Əliyevi dərin ehtiramla yad edir, üzərinə düşən tarixi missiyaları hər zaman uğurla yerinə yetirmiş bu unikal şəxsiyyətin ruhuna dualar oxuyur...

O, böyük şəxsiyyət idi. Siyasi karyerası erkən başlayan, gənc yaşlarından mühüm dövlət vəzifələrində çalışan ulu öndər Heydər Əliyev topladığı zəngin təcrübə ilə mükəmməl bir idarəçi kimi yetişmişdi. Yüksək pozitiv keyfiyyətləri sayəsində daha mötəbər mövqelərə yüksəlmiş, Azərbaycana rəhbərlikdən sonra böyük Sovetlər İttifaqının rəhbərlərindən biri olmuşdu.

Sovet İttifaqında mühüm vəzifə postuna qalxarkən Azərbaycanın fəxri, qüruru oldu. Ona görə ki, bir azərbaycanlının nəhəng dövlətdə mühüm vəzifə sahibinə çevrilməsi elə-belə məsələ deyildi. Heydər Əliyev bu etimadı özünün yüksək bacarığı, mükəmməl bioqrafiyası ilə qazanmışdı. Üstəlik, bizim üçün qürurlu idi ona görə ki, Heydər Əliyev burada ölkəsinin mənafeyini hər zaman qorudu. Qarabağ münaqişəsinin Kremlin siyasi mətbəxində hazırlanması prosesinin qarşısının alınmasında o, cəsarəti ilə, vətənpərvərliyi ilə özünü Azərbaycan üçün sipər etdi. Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edəndə doğma xalqının ürəyində özünə əbədi taxt qurdu.

Ən böyük gücü dərin, universal biliyində, qətiyyətində, işgüzarlığında, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında, həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi. Dünya tarixi sübut edib ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Belə olmasaydı, xarizmatik şəxsiyyət, fenomenal siyasətçi olan Heydər Əliyev Azərbaycan müstəqilliyini itirmək, daxildən parçalanmaq təhlükəsi yaşayanda, onu siyasi böhrandan, xarici təhlükələrdən xilas edə bilməzdi. Heydər Əliyev Azərbaycanın başı üzərindəki qara buludları dağıtdı. Ölkəni parçalamaq istəyən xarici qüvvələrə yerini göstərdi. Azərbaycanı dəhşətli faciələrdən qorudu və adını tarixin səhifələrinə xilaskar, əsl lider kimi yazdırdı. İnam və etimad onu Azərbaycanın rəhbəri kürsüsünə yenidən qaldırdı. 1993-cü ildə böyük səs çoxluğu ilə Prezident seçildi. Heydər Əliyev ölkədə ilk növbədə ictimai-siyasi sabitliyi bərpa etdi; qeyri-qanuni silahlı dəstələri zərərsizləşdirdi. Separatçı meyillərə son qoyuldu. Təcavüzkar Ermənistanla atəşkəs elan olundu. Sırada Azərbaycanın sosial-iqtisadi inkişafı üçün vacib işlər gəlirdi və bu yöndə də təxirəsalınmadan addımlar atıldı.

Heydər Əliyev təkcə daxili siyasətin mahir bilicisi deyildi, Azərbaycanın xarici siyasətinin problemlərini həll etməyi, bu siyasəti necə balanslaşdırmağı da bacarırdı. Ona görə də beynəlxalq təşkilatlar, xarici dövlətlər onun rəhbərliyi dövründə Azərbaycanla daha sıx işləməyə başladılar.
Ulu öndər Heydər Əliyevin siyasi rəhbərliyi dövründə milli maraqlar öndə dayanmaqla Qərbə inteqrasiya yolu tutuldu. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişi məhz bu böyük insanın iradəsi və qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi. "Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirdi. Dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış bu müqavilə sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açdı. 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxarıldı. Enerji layihələri, neft-qaz strategiyası tarixə onun adı ilə düşdü. Azərbaycan milli gəlirini artırmağa başladı. Bu gəlir ölkənin iqtisadi inkişafında mühüm rol oynadı. Neft amili Azərbaycanın həm də milli təhlükəsizlik faktoruna çevrildi.
Ulu Öndərin dərin məntiqli nitqi, natiqlik məharəti, söz seçmək bacarığı, auditoriya ilə ünsiyyət qurmaq səriştəsi onu dinləyənləri həmişə məftun edirdi. Nitqi dərin və konkret idi, müzakirə olunan məsələni milli mənafe, dövlətçilik mövqeyindən təhlil etməyi ustalıqla bacarırdı. Xalqın iradəsini əks etdirən siyasi kursdan kənara çıxmırdı.
Demokratik məzmunlu dəyişikliklərin təşəbbüskarı olan Heydər Əliyev kütləvi informasiya vasitələri üzərində senzuranı aradan qaldırdı, insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi. Dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Qanunlar Avropa standartlarına uyğunlaşdırıldı. Çoxpartiyalı sistem yarandı. Məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin, Ombudsman təsisatının və digər mühüm təsisatların yaradılması, ölüm hökmünün ləğv edilməsi, onlarla digər islahat xarakterli demokratik təşəbbüslər həyata keçirildi. Bunlar Avropa Şurası qarşısında götürülən öhdəliklərin yerinə yetirilməsinin sübutları idi.
Beləliklə, Heydər Əliyevin rəhbərliyik etdiyi Azərbaycan regionun güclü dövlətinə çevrildi.
O, Azərbaycanın iqtisadi baxımdan güclü olmasının əsaslarını yaradarkən, bunu həm də Qarabağın azadlığı üçün edirdi. Çünki güclü iqtisadiyyat olmadan güclü ordu qurmaq mümkün deyildi. Heydər Əliyev imza atdığı nəhəng iqtisadi layihələrdə məhz bu hədəf üçün-Qarabağın işğaldan qurtarılması üçün çalışdı. Həmin iqtisadi layihələr ölkəyə güclü pul gətirdi. Güclü pul güclü Azərbaycan ordusu yaratdı. Ona görə də bu gün xüsusi vurğulanır ki, Qarabağın azadlığının ən böyük memarı Heydər Əliyevdir...

Elçin Şükür
Избранный
7
2
azadmedia.az

5Источники