RU

İsrail hökuməti Colan təpələrinin inkişaf planını təsdiqləyib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İsrail hökuməti Colan təpələrinin inkişafı planını təsdiqləyib.
Oxu.Az NEWS.ru-ya istinadən xəbər verir ki, bu barədə İsrail baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, qərar Colan təpələrində yaşayış məntəqələrini, o cümlədən təhsil, bərpaolunan enerji, tələbə şəhərciyinin yaradılması və yeni sakinlərin məskunlaşması məsələlərində Colan Təpələri Regional Şurasına kömək edəcək təşkilati inkişaf proqramı üzrə məsələlərin həllini gücləndirəcək.
Hökumət planın həyata keçirilməsi üçün 40 milyon şekel (təxminən 18 867 000 manat) ayrılacağını açıqlayıb. Təşəbbüsün məqsədi Colan təpələrinin əhali sayını iki dəfə artırmaqdır.
Избранный
12
15
oxu.az

10Источники