RU

Rusiyalı sevgilisi üçün zərgərlik mağazası açacaq

Məşhur aktyor Conni Depp Moskvada zərgərlik mağazası açacaq. Butikdə bahalı üzüklər, boyunbağılar və yakut brilyantlarından hazırlanmış digər əşyalar satılacaq. SİA xəbər verir ki, bu barədə "Mash" məlumat yayıb. Məlumata görə, butiki kino ulduzunun Yekaterinburqdan olan sevgilisi, 28 yaşlı Yuliya Vlasova idarə edəcək. Depp qızla Kann Film Festivalında tanış olub. Aktyor əvvəlcə ona biznes üçün ən azı 500 min dollar verib.

Praqa Universitetində təhsil aldıqdan sonra Yuliya Çexiyanın paytaxtında gözəllik biznesi açıb. Bu yaxınlarda isə onu sataraq Deppi Rusiya bazarında işə başlamağa razı salıb. Yerli zinət əşyalarının xüsusiyyətlərini daha yaxşı başa düşmək üçün Yuliya Moskva Dövlət Universitetinə xüsusi kursa daxil olub. O, əvvəlcə onlayn mağaza, 2025-ci ildə isə butik açmağı planlaşdırır.

Избранный
36
5
sia.az

6Источники