RU

Xanlar Ağalarovun rəhbərlik etdiyi qurum 10 manatlıq şirkətdən 227 minlik kompüter avadanlığı alır

"Dənizkənarı Bulvar İdarəsi" publik hüquqi şəxsi 227 min manatlıq kompüter alır.

 

Pravda.az-ın xəbərinə görə, İdarə bu məqsədlə "Telcon" MMC ilə müqavilə bağlayıb.

 

Razılaşmaya əsasən, qurum kompüter və digər kommunikasiya avadanlıqlarının və onların ehtiyat hissələrinin (Çöl kamera IP, çöl Kamera IP - dirəyə quraşdırılmalı kronşteyn, AI intelektual kamera (əsas insanların sayı üçün), çöl qutu (videmüşahidə kameralarının quraşdırılması üçün), yaddaş diski (videoserver üçün), Video server) satınalınması üçün MMC-yə 227 383 AZN ödəyəcək.


Qeyd: Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sədri Xanlar Adil oğlu Ağalarovdur. Nizamnamə kapitalı 10 AZN olan MMC-nin qanuni təmsilçisi isə Azər Həmzə oğlu Həmzəyevdir. 

 

Cabir Həsənov

Tarix: 16 Dekabr 2024, 08:05   
Избранный
33
pravda.az

1Источники