RU

Mango-nun qurucusu dağ gəzintisində dünyasını dəyişib

İspaniyanın “Mango” tekstil şirkətinin qurucusu, Türkiyə və İspaniya vətəndaşı 71 yaşlı İsak Andiç Ermay dağ gəzintisi zamanı dünyasını dəyişib.

Marja xəbər verir  ki, İstanbulda doğulan, 14 yaşında İspaniyaya mühacirət edən və illərdir Barselonada yaşayan İsak Andiç Kataloniya bölgəsindəki Monserrat dağlıq ərazisinə səfəri zamanı təxminən 100 metr hündürlükdən yıxılaraq dünyasını dəyişib.

Kataloniya muxtar hökumətinin rəhbəri Salvador İlla Roca öz paylaşımında, "Hökumətim adından onun dostlarına və Mango komandasına başsağlığı verirəm", - yazıb.

1953-cü ildə İstanbulda Sefarad yəhudi ailəsinin övladı olaraq dünyaya gələn İsak Andiç 1979-cu ildə daxil olduğu tekstil sənayesində əhəmiyyətli irəliləyişlər edib və 1984-cü ildə Mango şirkətini qurub.

Forbes jurnalının açıqladığı 2024-cü il siyahısında Andiç təxminən 4,5 milyard avro sərvəti ilə İspaniyanın beşinci ən zəngin iş adamı olaraq göstərilib.

mango İsak Andiç
Избранный
33
marja.az

1Источники