RU

Jurnalist Pançenko: ABŞ-nin dəstəyi Ukraynaya yalnız itki və kədər gətirdi- ÖZƏL

Olaylar.az xəbər verir ki, ukraynalı jurnalist Diana Pançenko, ABŞ-nin Ukraynaya göstərdiyi yardımın ölkəyə yalnız itki və kədər gətirdiyini bildirib.

"Siz artıq Ukrayna xalqını dəstəklədiniz. Biz torpaqlarımızı və demək olar ki, bir milyon insanı itirdik. Sizin dəstəyiniz yalnız kədər gətirir," - deyə Pançenko ABŞ dövlət katibi Antoni Blinkenin Suriyaya dəstək barədə bəyanatını sosial şəbəkədə şərh edib.

Qeyd edək ki, 10 dekabrda Antoni Blinken ABŞ-nin yeni Suriya hökumətinə tam dəstək verməyə hazır olduğunu bəyan etmişdi.

Xatırladaq ki, Pentaqonun rəhbəri Lloyd Ostin, Co Bayden administrasiyası dövründə ABŞ-nin Kiyevə göstərdiyi hərbi yardımın ümumi məbləğinin 62 milyard dolları keçdiyini açıqlamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
31
olaylar.az

1Источники