RU

Şimali Koreya əsgərləri və çeçenlər arasında qarşıdurma: 8 hərbçi öldürülüb

Şimali

Kursk vilayətində Şimali Koreya əsgərlərinin çeçen Axmat bölmələrinə “dost atəşi” nəticəsində 8 çeçen əsgərinin həlak olduğu bildirilir.

Reyting.az
xəbər verir ki, məlumatıUkrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (GRU) yayıb.

Ukraynaya qarşı döyüşmək üçün Kursk bölgəsinə göndərilmiş Şimali Koreya əsgərlərinin Çeçenistanın Axmat bölmələrinə “dost atəşi” açdıqları iddia olunur. Ukrayna tərəfinin iddiasına görə, Şimali Koreya əsgərlərinin hücumu nəticəsində 8 çeçen əsgəri həyatını itirib.

Məlumatda qarşıdurmanın Rusiya və Şimali Koreya qoşunları arasında dil baryeri nəticəsində baş verdiyi qeyd edilib və bu maneənin cəbhədə çətinliklər yaratmağa davam etdiyi vurğulanıb.

Qeyd edək ki, Şimali Koreyanın Rusiyaya dəstək üçün cəbhəyə təxminən 12 min əsgər göndərdiyi bildirilir.

E. KAMAL
Избранный
55
9
reyting.az

9Источники