Güclü külək Mingəçevirin tanınmış "Əli" qəbiristanlığında dağıntılara yol açıb.
Təbiət hadisəsi zamanı müxtəlif növ iri gövdəli ağaclar kökündən qoparaq qəbirüstü abidələrin üzərinə aşıb.Təqribən 12-dən artıq ağacın qəbirlərin üzərinə düşməsi nəticəsində çoxsayda məzar daşı və məzarüstü abidə zərər görüb. Altı qəbirüstü abidə isə ciddi dağıntılara məruz qalıb.