RU

Qırğızıstanda dinin təbliği qadağan oluna bilər

Yazını böyüt
Yazını kiçilt

Qırğızıstan parlamenti “Dini etiqad azadlığı və dini birliklər haqqında” və “Dini sahə ilə bağlı bəzi qanunvericilik sənədlərinə dəyişikliklər edilməsi haqqında” qanun layihələrini birinci oxunuşda təsdiqləyib.

Hafta.az-ın yazdığına görə, sənədlərlə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komissiyasının direktoru Əzəmət Yusupov məlumat verib.

Qanun layihələrinin məqsədi dini sahədə dövlət siyasətinin ardıcıllığını təmin etmək və qanunvericilik bazasının təkmilləşdirilməsindən ibarətdir.

“Dini etiqad azadlığı və dini qurumlar haqqında” qanun layihəsində xaricdə dini təhsil alma prosesinin tənzimlənməsi təklif edilir. Xaricdə dağıdıcı dini təhsilin və onun təsirinin qarşısının alınması, habelə statistik məlumatların aparılması üçün xaricdə dini təhsil almaq istəyən şəxslər bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə məlumat verərək qurumun mərkəzi idarəetmə orqanı ilə razılaşdırmalıdırlar.

Qanun layihəsi dini obyektlərin, dini xeyriyyə fondlarının qeydiyyatını hüquqi cəhətdən tənzimləmək və dini qurumların mərkəzi idarəetmə orqanları konsepsiyasını təqdim etmək məqsədi daşıyır.

Həmçinin dini yaymaq və ya dinə məcbur etmək üçün qapı-qapı gəzməyin yasaqlanması təklif edilir.

Избранный
13
hafta.az

1Источники