RU

İsrail Suriyanı vurdu: Hücumun şiddəti zəlzələ effekti yaratdı (VİDEO)

Suriyada müxalif qruplar 12 gün kimi qısa müddətdə paytaxt Dəməşqə irəliləyərək 61 illik Baas rejiminə son qoyub. Müxalifət Dəməşqə gəldikdən sonra Bəşər Əsəd ailəsi ilə birlikdə Rusiyaya sığınıb.

"Unikal" xəbər verir ki, Əsəddən sonra Rusiya qoşunlarını geri çəkdikdən sonra İsrail Suriyanın cənubundan əməliyyatlara başlayıb. 

İsrail rəsmiləri bildiriblər ki, İsrail qüvvələri Qolan təpələrində bufer zonanı keçərək 1973-cü ildən sonra ilk dəfə Suriya ərazisinə daxil olub. Əsəddən sonrakı Suriyada indiyədək yüzlərlə nöqtəni hədəfə alan İsrail, hava hücumları ilə ölkənin qərbindəki Latakiya və Tartus əyalətlərində bir çox hərbi məntəqəni hədəf alıb.

Latakiya və Tartusdakı hərbi qərargahlara və sursat anbarlarına, 32-ci Hava Hücumundan Müdafiə Alayına, 107-ci Hərbi Qərargahlara, Xraysun, Harab, Miserhin və Ballutiyye kəndlərinə hücumlar təşkil edilib. Tartusun Hıreysun kəndinə hücum zamanı güclü partlayışlar baş verib.

Hücumun intensivliyinə görə bölgədə 3,0 bal gücündə zəlzələ qeydə alınıb. Digər tərəfdən, rus əsgərlərinin bölgəni tərk etməsindən sonra baş verən hücumun vaxtı diqqət çəkib.

Избранный
21
1
unikal.az

4Источники