RU

Mayottadan “Şido” siklonu keçdi. Yüzlərlə insan ölüb

Dekabrın 14-nə keçən gecə Hind okeanında Mayotta arxipelaqında “Şido” siklonu nəticəsində bir neçə yüz, bəlkə də minlərlə insan həlak olub. “Reuters” agentliyinin dekabrın 16-da verdiyi məlumata görə, bu barədə Fransanın yerli administrasiyasının rəhbəri Fransua-Ksavye Bevil bildirib.

“Bir neçə min olmasa da, minə yaxın ola bilərik”, Bevil deyib. Rəsmi olaraq, hələlik 14 nəfərin ölməsi faktı təsdiqlənib.

Fransa Daxili İşlər Nazirliyndən qeyd edilib ki, “bütün ölənləri nəzərə almaq çətin olacaq”. Nazirlikdən vurğulayıblar ki, Mayotta “ölülərin 24 saat ərzində dəfn olunduğu müsəlman diyarıdır”.

“Şido” siklonu dekabrın 14-nə keçən gecə saatda 200 kilometrdən çox küləyin sürəti ilə Mayottanı vurub, yaşayış binalarına, inzibati binalara və xəstəxanaya ziyan dəyib. Sinoptiklər bunun son 90 ilin ən güclü qasırğası olduğunu bildiriblər.

Mayottadan başqa, siklon Mozambikin şimalından keçib, lakin oradakı dağıntıların miqyası bəlli deyil. Komor adalarında səlahiyyətlilər iki nəfərin yüngül xəsarət aldığını, 24 nəfərin evlərini tərk etdiyini və 21 evin dağıldığını bildirib.

Избранный
38
buta.media

1Источники