RU

Rusiyaya "dost atəşi": Şimali Koreya əsgərləri çeçenləri vurdu

Şimali Koreya əsgərlərinin Kursk vilayətində Rusiya adından döyüşən “Axmat” çeçen bölmələrinə atəş açması nəticəsində 8 çeçen əsgəri həlak olub.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsi məlumat yayıb.

Bildirilib ki, Kursk bölgəsinə göndərilən Şimali Koreya əsgərləri Rusiya adına döyüşən çeçen bölmələrinə “dost atəşi” açıb.

Bəyanatda hadisənin Rusiya və Şimali Koreya qoşunları arasında dil anlaşılmazlığı nəticəsində baş verdiyi qeyd edilib. Bu problemin cəbhədə çətinliklər yaratmağa davam etdiyi vurğulanıb.

Избранный
58
9
publika.az

9Источники