RU

Əsədin qardaşının narkotik mərkəzləri üzə çıxdı

Suriyanın paytaxtı Dəməşqin qərbində yerləşən Dimes qəsəbəsində süqut edən rejimin lideri Bəşər Əsədin qardaşı Mahir Əsədə məxsus villanın narkotik istehsal mərkəzi kimi istifadə edildiyi üzə çıxıb.

Turkustan.az xəbər verir ki, dekabrın 8-də Baas rejiminin devrilməsindən sonra ölkədə narkotik istehsal edən mərkəzlər üzə çıxmağa davam edir.

AA qrupu devrilmiş lider Əsədin qardaşı Mahir Əsədə məxsus olduğu müəyyən edilən villada narkotik fabrikinə baxıb.
Dimesdəki villanın otaqlarında xammal və narkotik istehsalı üçün çoxlu maşınlar olan onlarla çəllək mövcüddur.
Mahir Əsəd rejimin mülki şəxslərə məxsus villalarını ələ keçirərək bu evləri narkotik fabrikinə çevirirmiş.

Görüntülərdə evdə dərman istehsalı üçün istifadə edilən maşınların bir əczaçılıq şirkətinə aid olduğu görünür. Devrilmiş rejim ən böyük gəlir mənbələrindən biri olan narkotik ticarətindən milyardlarla dollar qazanırmış.

Mahir Əsədin rəhbərlik etdiyi narkotik istehsalı və qaçaqmalçılıq şəbəkəsi Suriyada istehsal olunan maddələri əsasən Livan vasitəsilə region ölkələrinə və dünyaya daşınmasını təmin edib.

Aytən Yaşar/ Turkustan.az

Избранный
33
turkustan.az

1Источники