RU

Torpaq Məcəlləsinə edilən dəyişikliklərlə bağlı brifinq keçirilib

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətitərəfindən dekabrın 16-da Torpaq Məcəlləsinə edilmiş əlavə vədəyişikliklər barədə brifinq keçirilib.

Trend xəbər verir ki,ƏMDX-nin rəis müavini Rüstəm Şahbazov Məcəlləyə edilmiş əlavə vədəyişikliklərin əsas istiqamətləri və mahiyyəti barədə medianümayəndələrinə məlumat verib.

Qeyd edilib ki, kənd təsərrüfatı məhsullarının emalı sənayesinininkişafı aqrar sektorda biznes mühitinin daha dayaxşılaşdırılmasına xidmət edir. Bu baxımdan, “AzərbaycanRespublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında”Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli Qanunun qəbuledilməsi mühüm əhəmiyyət kəsb edir və Qanunu 2025-ci il yanvarın1-dən qüvvəyə minməklə tətbiqinə başlanılacaq.

Qanunun müəyyən etdiyi yeniliklərə əsasən, kənd təsərrüfatıtəyinatlı torpaqlarda yalnız kənd təsərrüfatı məhsullarınınistehsalı və emalı üçün nəzərdə tutulmuş, habelə işçilərinmüvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı əsaslıtikililər inşa edilə və quraşdırıla bilər. Bu tikililər sahəsi 5hektardan az olmayan və vahid sərhəd daxilində yerləşən kəndtəsərrüfatı təyinatlı torpaq sahələrinin 1 faizinədək hissəsindətikilə bilər. Bu halda yay və qış otlaqları, ümumi istifadədə örüşsahələri istisna təşkil edir. Kənd təsərrüfatı təyinatlıtorpaqlarda tikinti-quraşdırma işləri Dövlət Şəhərsalma vəArxitektura Komitəsini və yerli icra hakimiyyəti orqanlarınıməlumatlandırılmaqla aparılacaq. Tikinti işlərinin aparılmasınadair tələblər isə müvafiq Qanunla müəyyən edilib.

Qeyd edilib ki, istixanalar və suvarma infrastrukturlarınıninşası və quraşdırılması zamanı 5 hektara və 1 faizə dairməhdudiyyətlər tətbiq edilmir.

Yeniliklərdən biri də torpaqların kateqoriyalara aid edilməsi,onların bir kateqoriyadan digərinə keçirilməsi məsələləridir. Beləki, Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2024-cü iltarixli Fərmanına əsasən, yay və qış otlaqları, örüş və biçənəkləristisna olmaqla, mülkiyyətçilər öz torpaqlarının məqsədlitəyişnatını kateqoriya daxilində dəyişmək imkanı əldə edirlər. Əkinvə çoxillik əkmələrin altında olan kənd təsərrüfatı yerlərininbir-biri arasında məqsədli təyinatının dəyişdirilməsi torpaqsahələrinin mülkiyyətçiləri və ya icarəçiləri, həmçininistifadəçiləri tərəfindən həyata keçirilir.

Qeyd edək ki, torpaqların kateqoriyalara aid edilməsi, onlarınbir kateqoriyadan digərinə keçirilməsi və kateqoriya daxilindəməqsədli təyinatının dəyişdirilməsi ilə bağlı müraciətlərbilavasitə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri DövlətXidmətinə ediləcək. Bu müraciətlərə baxılması prosesi “vahidpəncərə” prinsipi əsasında elektron qaydada həyata keçiriləcəkdir.Qaydalar 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.

Dövlət orqanları tərəfindən torpaq sahəsinin kateqoriyasınındəyişdirilməsi ilə bağlı müraciətlərə rəy verilməsi prosesiElektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçiriləcək.Bu halda, aidiyyəti dövlət orqanları 10 iş günü müddətindərəylərini elektron qaydada bildirməlidirlər. Göstərilən müddətdərəylər təqdim edilmədikdə, torpaq sahəsinin kateqoriyasınındəyişdirilməsi aidiyyəti dövlət orqanı ilə razılaşdırılmış hesabolunacaq.

Torpaqların kateqoriyalara aid edilməsi və onların birkateqoriyadan digərinə keçirilməsi Azərbaycan RespublikasınınPrezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikası NazirlərKabinetinin qərarı ilə həyata keçirilir.

Beləliklə, bu Fərmanla torpaqların kateqoriyalara aid edilməsi,onların bir kateqoriyadan digərinə keçirilməsi və məqsədlitəyinatının dəyişdirilməsinin daha təkmil, sadə və elektron şəkildəhəyata keçirilən proseduru müəyyən edilib. Bu prosedur vətəndaşlaradaha rahat və şəffaf xidmət göstərilməsinə imkan yaradacaqdır.

Sonda media nümayəndələrinin sualları cavablandırılıb.

Избранный
19
5
az.trend.az

7Источники