RU

Ankaradan Vaşinqtona konkret şərt: Suriyadan PKK terrorçularını ya siz təmizləyin, yadaki biz təmizləməli olacagıq

ABŞ dövlət katibi Antoni Blinkenin Ankaraya səfəri çərçivəsində Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüş zamanı Türkiyə prezidentindən eşitdiyi sərt fikirlər təkcə PKK/PYD/YPG terrorçu üçlüyünə deyil, həm də bu üçlüyə birbaşa havadarlıq edən Ağ Evin özünə yönəlib.

Görüşdə Suriyadakı cari vəziyyət və siyasi keçid prosesi ətrafında fikir mübadiləsi aparılıb. Ərdoğan vurğulayıb ki, Türkiyə Suriyada "öz milli təhlükəsizliyi üçün təhlükə saydığı bütün təşkilatlara qarşı qabaqlayıcı tədbirlər görəcək və PKK-nın Suriyadakı vəziyyəti fürsətə çevirməsinə, İŞİD-ə qarşı mübarizənin zəifləməsinə heç vaxt imkan verməyəcək".

Ərdoğan Atatürkün portreti fonunda bu cür açıq mesajla çıxış etməklə bir daha qarşı tərəfin diqqətinə çatdırdı ki, biz Birləşmiş Ştatların Suriyadakı kürd terrorçu qruplaşmalarına maliyyə və hərbi yardım göstərməsini çoxdan bilirik, lakin bundan sonra bu kimi hallara göz yummaq fikrimiz yoxdur.

Bu, həm də Ankaranın Vaşinqtona konkret şərt qoyması deməkdir: ya Suriyanın şimalını PKK/PYD/YPG terrorçularından siz özünüz təmizləyin, yadaki biz təmizləməli olacayıq!

Ağ Ev rəhbərliyinin Türkiyə prezidentinin bu çağırışına və tələbinə reaksiyasını önümüzdəki günlərdə görəcəyik. ABŞ-ın İsraillə əlbir olub "Kürdistan" dövləti yaratmaq planlarından əl çəkib-çəkməyəcəyi tezliklə bilinəcək.

Bəybala Mirzəyev

visiontv.az



Избранный
23
46
visiontv.az

10Источники