RU

ATU-da qızılca problemi

Azərbaycan Texniki Universitetdə ümumilikdə 8 tələbədə qızılca aşkarlanıb.

Busaat.az xəbər verir ki, bu barədə “Trend”ə universitetin mətbuat katibi Sevinc İsgəndərova bildirib.

Bildirilib ki, həmin tələbələr izolyasiya olunublar.

“Hazırda onların səhhəti normaldır. Virusun inkubasiya dövrü bitdikdən sonra dərslərinə davam edəcəklər. Qızılcaya qarşı uşaqlıq dövründə peyvənd olunmayan tələbələrə isə peyvənd olunmalarının vacibliyi bildirilib”, – deyə qeyd edilib.

Xatırladaq ki, ötən ay Şəki şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın kütləvi yayılmış qızılca xəstəliyi səbəbindən fəaliyyətini müvəqqəti dayandırıldı. Daha sonra Zaqatala Rayon Mərkəzi Xəstəxanasına 2023-cü ilin oktyabrın 11-dən noyabrın 17-dək qızılca simptomları ilə 64 müraciət daxil olub.

Kürdəmir rayonunun 1 nömrəli, Atakişili, Sor-Sor, Pirili, Ərəbqubalı, Şilyan və Qarasaqqal kənd tam orta məktəblərinin şagirdləri arasında qızılcaya yoluxma halı aşkarlanıb. Bundan əlavə Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) Cəlilabad Filialının üç tələbəsində, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) isə bir tələbəsində qızılca aşkar edilib.

Избранный
526
5
busaat.az

10Источники