RU

Qırğızıstanın Baş naziri vəzifədən AZAD EDİLDİ - FƏRMAN

Qırğızıstan prezidenti Sadır Japarov ölkənin baş naziri Akılbek Japarovun vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.

 

Sfera.az “Sputnik”ə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin rəhbəri vəzifəsini Adılbek Kasıməliyev icra edəcək.

 

Baş nazirin vəzifədən uzaqlaşdırılmasının səbəbinin nə olduğu məlum deyil. O, 2021-ci ildən baş nazir vəzifəsində çalışıb, əvvəllər Qırğızıstanın İqtisadiyyat və Maliyyə Nazirliyinə rəhbərlik edib (2005-2007).

 

64 yaşlı Kasıməliyev isə 2021-2022-ci illərdə Prezident Administrasiyası rəhbərinin müavini, 2022-ci ilin iyul ayından Nazirlər Kabineti sədrinin birinci müavini vəzifəsində çalışıb.

 

Vasif

Sfera.az

 

 

Избранный
56
16
sfera.az

10Источники