RU

Tikinti ilə bağlı yeni vergi mexanizmi tətbiq ediləcək

Bakı. Trend:

Bina tikintisi sahəsində gəlirlərin və gəlirdən çıxılanxərclərin vergitutma məqsədləri üçün dəqiq təsbit edilməsimexanizmi müəyyənləşir.

Trend xəbərverir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçiriləniclasında müzakirə edilən Vergi Məcəlləsinə təklif ediləndəyişiklikdə əksini tapıb.

Vergi Məcəlləsinin 130.6-cı maddəsinə əsasən bina tikintisifəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış vəqeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı gəlir və bugəlirdən çıxılan xərclər vergi ili ərzində yerinə yetirilmiş işlər(mərhələlər) üzrə təqdim edilən yaşayış və qeyri-yaşayışsahələrinin ƏDV-siz məbləğləri ilə həmin sahələrin tikintisi iləbağlı çəkilən məsrəflər, o cümlədən torpaq sahələrinin alınması iləbağlı çəkilən məsrəflər əsasında müəyyən edilir.

Layihəyə əsasən, uzunmüddətli müqavilələr üzrə gəlirlərin vəgəlirdən çıxılan xərclərin hər hesabat ilinə düşən hissəsininmüəyyən edilməsi qaydasının tənzimlənməsi məqsədilə VergiMəcəlləsinin 130.6-cı maddəsinə tənzimləmə əlavə edilir. Beləliklə,uzunmüddətli müqavilələr üzrə gəlirlərin və gəlirdən çıxılanxərclərin hər hesabat ilinə düşən hissəsinin müəyyən edilməsiaşağıdakı qaydada aparılacaq:

- tikintisi həyata keçirilən hər bir bina üzrə çəkilən xərclərbina üzrə ümumi qiymətləndirilən xərclərlə müqayisə edilir vəfaktiki çəkilən xərcin ümumi xərclərdə xüsusi çəkisimüəyyənləşdirilir;
- həmin binadan təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələrininsatış dəyəri qeyd edilən qaydada müəyyən edilən həcm nisbətindəvergi tutulan gəlirlərə aid edilir;
- faktiki çəkilən xərclər gəlirdən çıxılan xərclərə aid edilir.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq üçüncü oxunuşdaqəbul edilib.

Məqalədə:
Избранный
6
49
az.trend.az

10Источники