RU

İsrail Tartusda Rusiya hərbi bazasını və digər raket anbarlarını vurdu

Dekabrın 16-na keçən gecə İsrail aviasiyası Suriya liman şəhəri Tartusda hərbi obyektlərə güclü hava zərbələri endirib. Həmin ərazidə Rusiya Federasiyasına (RF) məxsus mühüm hərbi-dəniz bazası və gəmi təmiri zavodu yerləşir.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Times of Israel” yazır.  

İsrail təyyarələri Tartus və Suriya vilayəti Latakiyada bir sıra obyektləri hədəf alıb. Pilotlar RF Hərbi Dəniz Qüvvələrinin istifadə etdiyi baza və hərbi gəmi təmiri zavodu daxil olmaqla, Rusiya hərbçiləri ilə əlaqəli obyektlərə zərbə endiriblər.  
 

"Suriya İnsan Hüquqlarının Müşahidəsi Mərkəzinin məlumatına görə, İsrail hərbi təyyarələri hava hücumundan müdafiə bölmələrinə və "yer-yer" tipli raket anbarlarına zərbələr endirib və bu, 2012-ci ildən bəri Suriya sahillərinə edilən ən güclü zərbələrdir", - deyə nəşr yazır.  
 
Eyni zamanda, sosial şəbəkələrdə Tartusdakı güclü hücumlara aid foto və videolar yayılıb. Kadrlardan görünür ki, İsrailin endirdiyi zərbələr dağıdıcı olub.  
 


UNİAN-ın məlumatına görə, Suriyanın Tartus şəhərindəki baza RF üçün, xüsusən də raketdaşıyıcıların yerləşdirilməsi və bölgədə gərginlik yaratmaq məqsədilə mühüm əhəmiyyət kəsb edir. Bu, diktator Bəşər Əsəd rejimi dövründə RF-nin bölgədəki mövqelərini möhkəmləndirməsi üçün vacib bir platforma olub. 

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri nümayəndəsi Dmitro Pletençukun sözlərinə görə, heç kim təcavüzkarın istənilən anda Suriyada və ya Afrikada obyektlərə zərbə endirməyəcəyinə təminat vermir. RF Tartusda müxtəlif hərbi qüvvələri saxlayıb. Bunlar arasında RF Qara dəniz Donanmasına məxsus iki sualtı qayıq və suüstü raketdaşıyıcı da var.

Alpər
Избранный
13
qaynarinfo.az

1Источники