Ukrayna ordusu pilotsuz uçuş aparatları (PUA) ilə Çeçenistan Respublikasının paytaxtı Qroznıda yerləşən obyektlərə hücum edib.
“AzPolitika” xəbər verir ki, bu barədə “Astra” “Telegram” kanalı hücum anını əks etdirən görüntülər paylaşıb.
Hücum bu gün səhər saatlarında qeydə alınıb, yerli sakinlər atışma və partlayış səsləri eşitdiklərini bildiriblər.
Məlumata görə, Qroznı səmasında ən azı iki pilotsuz təyyarə vurulub.
Rusiya KİV-in məlumatına görə, pilotsuz təyyarələr Çeçenistan Respublikasının silahlı qüvvələrinin hərbi infrastrukturuna və Axmat-Qroznı çevik polis bazasına hücum edib.
“AzPolitika.info”