RU

Bakıda ilk dəfə Paxlava və Şirniyyat Festivalı keçirildi

Türkiyənin Paxlava və Şirniyyat İstehsalçıları Dərnəyi (BAKTAD) tərəfindən bu il 13-cü dəfə təşkil edilən, türk və Azərbaycan desertlərini bütün dünyaya birlikdə tanıtmağı hədəfləyən Ənənəvi Paxlava Festivalı ilk dəfə Bakıda keçirilib.

Modern.az xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunan, iki ölkə arasında möhkəm dostluq və qardaşlığı bir daha nümayiş etdirən festival Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi, şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Festivalda Türkiyəyə xas 60 növ şirniyyat, Azərbaycandan isə Bakı, Qəbələ, Şəki paxlavalarının da daxil olduğu 10 növ şirniyyat nümayiş etdirilib.

Festivalda həmçinin milli rəqslər nümayiş etdirilib, mahnılar səsləndirilib, paxlavanın hazırlanması prosesi göstərilib.

Festivalda ziyarətçilərə 20 min dilim paxlava paylanıb.

Türkiyədə fəaliyyət göstərən sənayenin qabaqcıl markalarının nümayəndələrinin də olduğu 100 nəfərlik nümayəndə heyətinin qatıldığı 13-cü Ənənəvi Paxlava Festivalında püstə, qoz, midye, şöbiyyət, yerkökü dilimi kimi Türkiyəyə xas 60 növ, Azərbaycandan Bakı, Qəbələ, Şəki paxlavaları kimi 10 növ desert təqdim edilib.

Tədbirin açılışında çıxış edən BAKTAD dərnəyinin sədri Mehmet Yıldırım Bakıda 13-cü Ənənəvi Paxlava Festivalı üçün bir araya gəlməkdən məmnun olduğunu bildirib.Türkiyədə paxlavanın sadəcə bir şirniyyat olmadığını ifadə edən Yıldırım deyib:

“Türk mətbəxinin simvolu olan paxlava həm də dostluğu, paylaşmağı və qardaşlığı təmsil edir. Bu gün burada dost və qardaş ölkə Azərbaycan ilə birlikdə bu ənənəni qeyd etmək məhz bu dəyərlərin nümunəsidir”.

O, vyrğulayıb ki, Türkiyə və Azərbaycan təkcə sərhədlərlə deyil, könüllərlə də bağlanan iki dost və qardaş ölkədir. Bu festival həm bu əlaqələri gücləndirmək həm də ortaq mədəniyyətimizi bütün dünyaya tanıtmaq üçün əvəzolunmaz bir fürsəti simgələyir.  

“Rəmzioğlu paxlava”nın təsisçisi Cavid Ağayev 2013-cü ildən paxlava sahəsində fəaliyyət göstərdiklərini, həm milli, həm də türk paxlavalarının istehsalı ilə məşğul olduqlarını bildirib.

O, təklif olarsa, festivalın Qarabağda, Şuşada da keçirməkdən məmnun olacaqlarını da dilə gətirib. 
Qeyd edək ki, növbəti illərdə festival Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC), digər türk dövlətləri və türklərin sıx yaşadığı ölkələrdə də davam etdiriləcək.
 

Səadət Hakıyeva

Избранный
27
13
modern.az

10Источники