RU

QHT “Beyləqan gəncləri üçün liderlik məktəbi” layihəsi çərçivəsində ilk təlim təşkil edib - FOTOLAR

“Regional İnkişaf” İctimai Birliyinin “Beyləqan gəncləri üçün liderlik məktəbi” layihəsi çərçivəsində iştirakçılarla tanışlıq görüşü və ilk təlim təşkil olunub.

QHT.az xəbər verir ki, gənclərə proqram barədə ətraflı məlumat verilib, məqsəd və gözlənilən nəticələrdən danışılıb, layihə ilə bağlı suallar cavablandırılıb. Sonra “Liderlik məktəbi”nin təlimçisi Tofiq Sadıxov “Nitq və ünsiyyət bacarıqları” mövzusunda təlim keçib, nitq, natiqlik, ritorika anlayışlarını şərh edərək, özünütəqdimetmə prosesində nələrə diqqət edilməli olduğundan və dinləyici qruplarının xüsusiyyətlərindən bəhs edib. Təlimin ikinci hissəsində gənclər natiqlik və ritorikanın fərqini, təqdimetmə bacarıqlarını müzakirə edib, təlimçi tərəfindən bu bacarıqlarını daha da inkişaf etdirmək barədə tövsiyələr alıblar.

Qeyd edək ki, "Beyləqan gəncləri üçün liderlik məktəbi"nə müraciət edən 190 nəfər gənc arasında 36 nəfər müsahibədən uğurla keçərək iştirakçı hüququ qazanıb. Layihə gənclərin liderlik və komanda ilə işləmək bacarıqlarını inkişaf etdirmək, onların yeni bilik və təcrübələr qazanmasına dəstək vermək, effektiv kommunikasiya və yaradıcı düşüncə kimi keyfiyyətlərə yiyələnmələrinə imkan yaratmaq məqsədilə həyata keçirilir.

Избранный
14
qht.az

1Источники