RU

Nazir: Siyasi partiyalar üçün proqnozlaşdırılan maliyyə yardımı 20 faiz artırılır

Bakı, 16 dekabr, AZƏRTAC

Prezident İlham Əliyevin tapşırığı ilə siyasi partiyalara maliyyə yardımının ayrılması üçün ilkin proqnozlaşdırılan vəsait bir milyon manat və ya 20 faiz artırılır.

AZƏRTAC xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı bildirib.

O qeyd edib ki, büdcə təşkilatlarında malların və xidmətlərin alınması üzrə xərclərin optimallaşdırılması yolu ilə əlavə 36 milyon manat vəsaiti sərbəstləşdirmək və aşağıdakı istiqamətlər üzrə xərcləri artırmaq nəzərdə tutulur:

- Milli Məclisinin maliyyə təminatını əlavə olaraq 815 min manat məbləğində artırmaq;

- 2025-ci ildə Yaponiyanın Osaka şəhərində keçiriləcək Ümumdünya Sərgisində — Expo-2025-də ölkəmizin təmsil olunması xərcləri də daxil olmaqla dövlət büdcəsində beynəlxalq fəaliyyət üzrə xərcləri 24 milyon manat artırmaq;

- ölkəmizin ixrac və investisiya potensialının təbliği ilə bağlı xərclərin maliyyələşdirilməsi üçün 10 milyon manat ayırmaq.

Избранный
12
azertag.az

1Источники