Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECOWAS) Burkina Faso, Mali və Nigerin ittifaqdan çıxmaq qərarını təsdiqləyib.ECOWAS ölkə liderləri Nigeriyanın paytaxtı Abujada Aso Rock Sarayında keçirilən "66-cı ECOWAS Dövlət və Hökumət Başçıları Zirvəsi"ndə üç ölkənin birlikdən çıxma qərarını rəsmən təsdiqləyib.ECOWAS Komissiyasının sədri Omar Alieu Turay tərəfindən oxunan bəyanatda ECOWAS-ın üç ölkənin icmadan çıxmaq qərarına hörmət etdiyi bildirilib.Turay bildirib ki, yenidən işlənmiş ECOWAS sazişinin 91-ci maddəsinə əsasən, üç ölkənin bloka üzvlüyü 29 yanvar 2025-ci ildə rəsmən başa çatacaq.Birliyin 29 yanvar 2025-ci il ilə 29 iyul 2025-ci il arasındakı dövrü keçid dövrü olaraq təyin etdiyini bildirən Turay, ECOWAS-ın keçid dövründə Burkina Faso, Mali və Nigerə qapılarını açıq saxlamağa qərar verdiyini ifadə edib.Turay qeyd edib ki, əgər üç ölkə keçid dövründə yenidən icmaya qoşulmağa qərar verərsə, onlar yenidən qəbul olunacaqlar.ECOWAS Komissiyasının sədri Omar Turay tərəfindən oxunan bəyanatda Komissiya üç ölkənin icmadan çıxmaq qərarına hörmətlə yanaşdığını bildirib.Qqeyd edək ki, üç qonşu ölkə Burkina Faso, Mali və Niger 2023-cü ilin sentyabrında Sahel Dövlətləri Alyansını (AES) qurublar.Bu üç ölkə yanvarın 28-də yayımlanan birgə bəyanatda ECOWAS-dan çıxacaqlarını açıqlayıb.ECOWAS isə 3 üzvün bu qərarının cəmiyyəti parçalanma riski ilə üz-üzə qoyduğunu və Seneqal prezidenti Bassirou Diomaye Fayeni vasitəçi təyin etdiyini bildirib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта