Suriyada hakimiyyətə gələn müxalif “Heyət Təhrir əş-Şam” qruplaşmasının rəhbəri Əbu Məhəmməd Colani ölkəni necə idarə edəcəklərindən danışıb.
Axar.az xəbər verir ki, o, cari valyutanın sabitləşməsindən sonra yeni pul vahidinə keçiləcəyini bildirib.
"Çox əhəmiyyətli iqtisadi qərarlar veriləcək", - deyə o qeyd edib.
Colani, həmçinin ölkədə məcburi hərbi xidmətin ləğv edildiyini də deyib. Onun sözlərinə görə, ölkədəki bütün qruplaşmalar buraxılacaq, silahlar isə ancaq Suriya dövlətinin əlində qalacaq.