RU

Qara dənizdə iki tanker qəzaya uğrayıb: Neft sızması baş verib

Rusiyanın Qara dənizdə iki tankerinin qəzaya uğraması nəticəsində neft sızması baş verib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Rusiya Fövqalədə Hallar Nazirliyi əməliyyat xidmətlərindən məlumat verilib.

“Hazırda qəza zamanı baş verən yanacaq sızmasının miqdarı da məlum olub. İlkin hesablamalara görə, “Volqoneft-212” gəmisinin göyərtəsində 4,9 min ton mazut olub. “Volqoneft-239” gəmisinin göyərtəsində isə 4,3 min ton mazut olub. Hadisə yerinə Fövqalədə Hallar Nazirliyinin 200-dən çox əməkdaş cəlb olunub. Neft sızmasının nəticələrinin aradan qaldırılması üçün profilaktik tədbir görülür”, - deyə məlumatda bildirilir.

Избранный
33
cebheinfo.az

1Источники