İstanbul Valiliyi, 1 noyabr tarixindən etibarən saxta alkoqol istifadəsi səbəbindən 73 nəfərin zəhərləndiyini, onlardan 37-nin vəfat etdiyini açıqlayıb.
Sitat.info xəbər verir ki, Valilikdən verilən məlumata görə, saxta içkiyə qarşı nəzarət tədbirləri aralıqsız davam edir.
2024-cü il ərzində keçirilən əməliyyatlar zamanı: 1.002 obyekt yoxlanılıb, 287.758 litr alkoqollu maye, 14.701 dolu içki şüşəsi, 853.460 saxta bandrol və etiket, həmçinin alkoqollu içki istehsalında istifadə olunan digər məhsullar müsadirə olunub.
Bundan əlavə, 32 obyektə ümumilikdə 2.662.052 TL məbləğində inzibati cəza tətbiq edilib.
Son məlumata əsasən, zəhərlənən 73 nəfərdən 37 nəfər dünyasını dəyişib, 17 nəfərin müalicəsi davam edir, 23 nəfər xəstəxanadan buraxılıb.
Saxta alkoqolun təmin olunması ilə bağlı araşdırmalarda 36 şübhəli saxlanılıb. Onlardan 14-ü həbs edilib, 8 nəfərə məhkəmə nəzarəti tətbiq olunub, 14 nəfər isə sərbəst buraxılıb.
Kənan Yusif
Sitat.info