RU

"Azərbaycan məktəbi" jurnalı təhsilimizə töhfədir - Baş redaktor

Azərbaycan məktəbi” jurnalı təhsilə töhfə vermək məqsədilə aparılan araşdırmaların, elmi-tədqiqat yazılarının və onların ictimaiyyətə çatdırılmasının əsas platformalarından biridir.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Arzu Soltan jurnalın 100 illik yubileyi ilə bağlı keçirilən tədbirdə səsləndirib.

Arzu Soltan qeyd edib ki, jurnal uzun illərdir Azərbaycan təhsilinə xidmət edir və tədris, elmi araşdırmalar, metodik tövsiyələr kimi sahələrdə maarifləndirici məqalələr dərc etməklə təhsil ictimaiyyətinə dəstək göstərir. O əlavə edib ki, “Azərbaycan məktəbi” jurnalı hazırda öz ənənələrini qorumaqla yanaşı, müasir dövrün tələblərinə uyğun olaraq yenilənir, rəqəmsal texnologiyalardan istifadəni genişləndirir və oxucu auditoriyasını genişləndirmək üçün yeni addımlar atır:

"Jurnalın fəaliyyətində müəllimlərin peşəkar inkişafını təmin etmək, elmi-pedaqoji yenilikləri işıqlandırmaq və tədris prosesini təkmilləşdirmək prioritetlər sırasında qalmaqdadır. “Azərbaycan məktəbi” jurnalı gələcəkdə də bu istiqamətdə fəaliyyətini genişləndirməyi və milli təhsil sisteminə daha böyük töhfələr verməyi qarşısına məqsəd qoyur".

Əli Hüseynov

Избранный
18
bakivaxti.az

1Источники