RU

Üç ölkə ECOWAS-dan çıxdı

Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECOWAS) Burkina Faso, Mali və Nigerin ittifaqdan çıxmaq qərarını təsdiqləyib.

"Cebheinfo.az" xəbər verir ki, Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECOWAS) 15 ölkənin regional siyasi və iqtisadi birliyidir.

ECOWAS ölkə liderləri Nigeriyanın paytaxtı Abucada Aso Rock Sarayında keçirilən "66-cı ECOWAS Dövlət və Hökumət Başçıları Zirvəsi"ndə üç ölkənin birlikdən çıxma qərarını rəsmən təsdiqləyib.

ECOWAS Komissiyasının sədri Omar Alieu Touray tərəfindən oxunan bəyanatda, ECOWAS-ın üç ölkənin icmadan çıxmaq qərarına hörmət etdiyi bildirilib.

Touray bildirib ki, yenidən işlənmiş ECOWAS sazişinin 91-ci maddəsinə əsasən, üç ölkənin bloka üzvlüyü 29 yanvar 2025-ci ildə rəsmən başa çatacaq.

Birliyin 29 yanvar 2025-ci il ilə 29 iyul 2025-ci il arasındakı dövrü keçid dövrü olaraq təyin etdiyini bildirən Touray, ECOWAS-ın keçid dövründə Burkina Faso, Mali və Nigerə qapılarını açıq saxlamağa qərar verdiyini ifadə edib.

Touray qeyd edib ki, əgər üç ölkə keçid dövründə yenidən icmaya qoşulmağa qərar verərsə, onlar yenidən qəbul olunacaqlar.

ECOWAS Komissiyasının sədri Omar Touray tərəfindən oxunan bəyanatda Komissiya üç ölkənin icmadan çıxmaq qərarına hörmətlə yanaşdığını bildirib.

Qonşu Burkina Faso, Mali və Niger 2023-cü ilin sentyabrında Sahel Dövlətləri Alyansını (AES) qurdular.

Bu üç ölkə yanvarın 28-də yayımlanan birgə bəyanatda ECOWAS-dan çıxacaqlarını açıqlamışdı. 

Избранный
3
1
cebheinfo.az

2Источники