RU

Kartdan karta köçürmə QADAĞASI - Sahibkarlar niyə POS terminaldan istifadəyə maraqlı deyillər?

Azərbaycanda POS terminallarla ödənişlərindən yayınmalar məlum olandan bəri hər gün yüzlərlə sahibkar cəzalandırılmağa başlanıb. Sahibkarlar POS terminallarının işləmədiyini bildirirərək müştərilərdən “card to card”la, yəni kartdan karta göndərməklə ödənişi həyata keçirməyi təklif edirlər. Bu barədə cəzalar sərtləşdirilsə də, sahibkarlar belə yollara əl atmaqdan hələ də çəkinmirlər.

Bəs bunun səbəbi nədir?
 

MÖVZU İLƏ BAĞLI:

"Kartdan karta" işləyən 400-dən çox sahibkar CƏZALANDIRILDI - FOTO


Məsələ ilə bağlı Bizim.Media-ya daışan iqtisadçı, millət vəkili Vüqar Bayramov bildirib ki, sahibkarların “card to card”a üstünlük verməsinin səbəbi heç də POS terminalların işləməməsi deyil.

“Çox təəssüf ki, aparılan monitorinqlər onu göstərir ki, bəzi sahibkarlar vergidən yayınmaq üçün “card to card” əməliyyatından istifadə edirlər. Əslində “card to card”ın məqsədi sahibkar olmayan vətəndaşlar arasında köçürmələrin sadələşdirilməsidir.

Burada məqsəd heç də xidmətlərə görə ödənişlərin “card to card” əməliyyatı ilə həyata keçirilməsi deyil. Çünki xidmət və ya satışa görə ödənişlər POS terminal vasitəsilə və ya kassa ödəniş vasitəsilə həyata keçirilməlidir. Əslində sahibkarlar vergi ödəməklə həm də dövlət büdcəsinin gəlir hissəsinin formalaşmasında daha yaxından iştirak etməlidirlər. Vergi ödənilməsi məsuliyyət olmaqla yanaşı həm də ənənədir. Amma sözsüz, bu istiqamətdə nəzarətin gücləndirilməsi sahibkarların vergidən yayınma hallarının sayının azaldılmasını və satış və xidmət göstərən zaman POS terminallara üstünlük vermələrinə gəririb çıxara bilər”.

Sahibkarlar nə qədər vergi ödəyir?

Vergidən yayınma halları insanları düşündürür ki, görəsən sahibkarlar nə qədər vergi ödəməlidirlər ki, yayınmağı və cəzalandırılmağı seçirlər. Ödənilən vergi növlərə görə dəyişir. Amma ümumilikdə aşağıdakı kimidir:

Gəlir vergisi

Fiziki şəxslər: Fiziki şəxslər, yəni kiçik sahibkarlar, gəlirlərinə görə vergi ödəyirlər. Bu vergi dərəcəsi tədricən artır və gəlir artdıqca vergi də artır:

0 - 3,000 manat arasında: 14%

3,000 - 6,000 manat arasında: 25%

6,000 manatdan yuxarı: 30%

Hüquqi şəxslər: Hüquqi şəxslərin, yəni şirkətlərin gəliri 20%-lik dərəcə ilə vergiyə cəlb olunur.

Sadələşdirilmiş vergi

Sadələşdirilmiş vergi, kiçik və orta sahibkarlara daha əlverişli şərait yaratmaq üçün tətbiq olunur. Bu vergi dərəcəsi fəaliyyət növünə görə dəyişir. Ticarət və xidmət sahələrində 4% - 6% arasında ola bilər. Kənd təsərrüfatı sahəsində isə 2%-lik dərəcə ilə tətbiq olunur.

Nuray, Bizim.Media

Избранный
35
bizim.media

1Источники