RU

“Azərbaycan məktəbi” jurnalının 100 illik yubiley tədbiri keçirilib (FOTO)

Bakı. Trend:

Dekabrın 16-da Elm və Təhsil Nazirliyinin akademik mətbu orqanıolan elmi-nəzəri, pedaqoji “Azərbaycan məktəbi” jurnalının 100illik yubileyi münasibətilə tədbir keçirilib.

Trend xəbər verir ki,tədbirin təşkilində məqsəd artıq 100-cü ildir ki nəşr edilənjurnalın təhsil sisteminin yeniləşməsində, təlim-tərbiyə işininkeyfiyyətinin yüksəldilməsində, mütərəqqi tədris metod vəformalarının təbliğində, qabaqcıl təcrübənin öyrənilibyayılmasında, görkəmli alimlərin fikir və ideyalarının cəmiyyətətəqdim olunmasında, elmi, pedaqoji təfəkkürün formalaşmasındaəhəmiyyətli və tarixi roluna diqqət çəkməkdir.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonraşəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Əvvəlcə açılış nitqi ilə “Azərbaycan məktəbi” jurnalının başredaktoru Arzu Soltan çıxış edib.

Jurnalın 100 illik fəaliyyətinə dair təqdimat edən Arzu Soltanbildirib ki, 1924-cü ildə ölkədə maarifçilik ideyalarınımöhkəmləndirmək məqsədilə təsis edilmiş jurnal "Yeni məktəb" adıylayaradılmışdı:

"1930-cu ildən isə jurnal "Müəllimə kömək" adıyla çıxmağabaşlayıb. Artıq 80 ildən çoxdur ki, jurnalımız "Azərbaycanməktəbi"dir. “Azərbaycan məktəbi” jurnalı təhsilə töhfə vermək üçünaparılan elmi araşdırmaların və onların nəticələrininişıqlandırılması üçün bir mənbədir".

Ardınca jurnalın tarixi fəaliyyətini əks etdirən videoçarxnümayiş etdirilib.

Təbrik nitqi ilə çıxış edən elm və təhsil naziri Emin Əmrullayevbildirib ki, "Azərbaycan müəllimi" jurnalı Azərbaycanın keçmişi vəgələcəyi arasında bir körpüdü.

O qeyd edib ki, 2025-ci ildən başlayaraq metodik işin yenidəntəşkil edilməsində, diaqnostik qiymətləndirilmələrdə fənn bilikləriilə yanaşı metodik bacarıqlara da diqqət yetiriləcək.

"Biz diaqnostik qiymətləndirilmələrdə müəllimin fənn biliklərinidəyərləndiririk, düşünürük ki, fənn bilikləri aşağı olan müəlliminmetodik bacarıqları yüksək ola bilməz. Amma müəllimlik tək fənnbilikləri yox, həm də metodik bacarıqlar deməkdir.
Metodik kabinetlərin ardıcıl və mərhələli islahatları aparılacaq",- deyə nazir əlavə edib.

Daha sonra Nobel mükafatçısı, professor, jurnalın redaksiyaşurasının üzvü Aziz Sancarın “Azərbaycan məktəbi” jurnalının 100illiyi münasibətilə təbrik məktubu səsləndirilib.

Tədbirdə iştirak edən pedaqogika üzrə fəlsəfə doktoru, BakıSlavyan Universitetinin rektorunun məsləhətçisi, jurnalın redaksiyaheyətinin üzvü Ənvər Abbasov, pedaqoji elmlər doktoru, jurnalınredaksiya heyətinin üzvü, Elm və Təhsil Nazirliyi yanında İctimaiŞuranın sədri Hikmət Əlizadə çıxış edərək öz təbrikləriniünvanlayıb.

Çıxışlardan sonra jurnalın bir qrup əməkdaşına 100 illikmünasibətilə Elm və Təhsil Nazirliyinin "Fəxri Fərman" və"Təşəkkürnamə"si təqdim edilib.

Tədbirin rəsmi açılış hissəsindən sonra “Elmi-pedaqoji nəşrlərinəhəmiyyəti, praktik yanaşmalar və təcrübələr” mövzusunda panelmüzakirəsi təşkil edilib.

“Azərbaycan məktəbi” jurnalının baş redaktoru Arzu Soltanınmoderatorluğu ilə keçirilən paneldə Təhsil İnstitutunun direktoru,jurnalın redaksiya heyətinin üzvü Elnur Əliyev, “ADA”Universitetinin dekanı, jurnalın redaksiya heyətinin üzvü ÜlviyyəMikayılova, pedaqogika üzrə fəlsəfə doktoru, Sumqayıt DövlətUniversitetinin prorektoru, jurnalın redaksiya heyətinin üzvü KönülAbaslı və Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin əməkdaşı,Dövlət Proqramı (University of Bath) məzunu Natəvan Qocayeva mövzuətrafında fikirlər səsləndiriblər.

“Azərbaycan
“Azərbaycan
Избранный
39
az.trend.az

1Источники