RU

Aziz Sancar: “Azərbaycan məktəbi"nin missiyasını şərəflə davam etdirəcəyinə əminəm

Nobel mükafatı laureatı, akademik Aziz Sancar “Azərbaycan məktəbi” jurnalının 100 illiyi münasibətilə tədbir iştirakçılarına təbrik məktubu göndərib.

Məktubda deyilir: 

“Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elmi-nəzəri, pedaqoji “Azərbaycan Məktəbi” jurnalının kollektivini ürəkdən salamlayıram. Jurnalın 100 illik yubileyinin qeyd olunması münasibətilə bütün əməkdaşlarınızı təbrik edir, bu möhtəşəm nailiyyətin Azərbaycan təhsilinin inkişafında oynadığı əvəzsiz rolu xüsusi vurğulamaq istəyirəm. 1924-cü ildən başlayaraq "Azərbaycan məktəbi" jurnalının maarifləndirmə işlərindəki dəyərli töhfələri, pedaqoji elmlərin formalaşmasındakı rolu və müəllimlərə dəstək kimi mühüm vəzifələri şərəflə yerinə yetirməsi Azərbaycan təhsil tarixində mühüm bir səhifə açıb. Bu əlamətdar gündə jurnalın keçmişdən gələcəyə uzanan zəngin irsini bir daha dəyərləndirərək, onun gələcək fəaliyyətlərində də böyük uğurlar qazanacağına inanıram. Azərbaycan təhsilinin inkişafında jurnalın oynadığı rola öz dərin ehtiramımı bildirir, onun ikinci əsr fəaliyyətində də bu missiyanı şərəflə davam etdirəcəyinə əmin olduğumu vurğulayıram. Jurnalın bugünə qədər göstərdiyi xidmətlərə görə bütün yaradıcı heyətinə minnətdarlığımı çatdırır, tədbir iştirakçılarına ən xoş arzularımı və təbriklərimi çatdırıram”.

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/16%20December%202024/ce79a5c2-00fc-4a07-a9ff-0d2f3ec534df_WhatsApp%20Image%202024-12-16%20at%2014.58.50.jpeg

 

Избранный
34
tehsil.biz

1Источники