RU

Suriya BRİKS-i ölkənin bərpasına kömək etməyə çağırıb

Suriya BRİKS ölkələrini Dəməşqə keçmiş prezident Bəşər Əsəd rejiminin devrilməsindən sonra ölkənin yenidən qurulmasında kömək etməyə çağırır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Cenevrə və Astanada keçirilən Suriya danışıqlarında müxalifət nümayəndə heyətinin keçmiş rəhbəri Məhəmməd Alluş bildirib.

"Biz BRİKS ölkələrini Suriya xalqının yenidən qurulmasına kömək etməyə çağırırıq", - o vurğulayıb.

Alluşun sözlərinə görə, BRİKS güclü iqtisadiyyata malik dövlətlərin birliyidir.

Избранный
27
operativmm.az

1Источники