RU

Azərbaycanda özəl sektorda əmək müqavilələrinin sayı iki dəfə artıb – Sahil Babayev

Bakı. Trend:

Azərbaycanda özəl sektorda əmək müqavilələrinin sayı iki dəfəartıb.

Trend xəbər verir ki, bubarədə Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri SahilBabayev bir sıra sahibkarlara "Dayaq" mükafatının təqdimatmərasimində bildirib.

"Bu gün Azərbaycan dinamik inkişaf nümayiş etdirir. Ölkəmizbütün istiqamətlərdə və sahələrdə fəal şəkildə inkişaf edir,iqtisadiyyatı gücləndirir, əhalinin rifahını yaxşılaşdırır, müdafiəqabiliyyətini artırır və ən əsası işğaldan azad edilmiş ərazilərisıfırdan bərpa edir. Burada ən yüksək tələblərə cavab verən müasirinfrastruktur yaradılır, əhalinin geri qaytarılması ilə bağlıgenişmiqyaslı proqramlar həyata keçirilir. Məhz bu proseslər bu günAzərbaycanın inkişafını xarakterizə edir.

Son dövrlərdə ölkəmizin əmək bazarında və məşğulluq sahəsindəmühim dəyişikliklər baş verib. Dövlət qurumları və biznesnümayəndələri ilə birgə iş nəticəsində cəmi altı il ərzində ölkəüzrə əmək müqavilələrinin sayını 50 faiz artırmaq mümkün olub. Budövrdə 609 min yeni vətəndaş rəsmi işlə təmin edilib. Əməkhaqqıfondu isə üç dəfə artıb. Xüsusilə vurğulamaq istəyirəm ki, bu 609min yeni əmək müqaviləsinin 80 faizdən çoxu, yəni təxminən 500 miniözəl sektorun payına düşür", – deyə nazir bildirib.

Sahil Babayev əlavə edib ki, özəl sektor bu müddət ərzində əməkmüqavilələrinin sayını iki dəfə artırıb, əməkhaqqı fondu isə üçdəfə yüksəlib.

"Bu, ölkədə həyata keçirilən islahatlara biznesin vəsahibkarların necə reaksiya verdiyinin bariz nümunəsidir. Dövlətbaşçısının təşəbbüsü ilə həyata keçirilən genişmiqyaslı sosial vəəmək islahatları sahibkarlarımız tərəfindən tam dəstək qazanıb.Bundan əlavə, bu dövrdə ölkədə minimum əməkhaqqı təxminən üç dəfə,orta aylıq əməkhaqqı iki dəfə, median əməkhaqqı isə 1,2 dəfəartıb", – deyə nazir əlavə edib.

Nazir bu göstəricilərin əhəmiyyətli nəticələr və böyük uğurolduğunu vurğulayıb.

Избранный
4
1
az.trend.az

2Источники