RU

Kilian Mbappe məşqlərə başlayıb, finalda oynaya bilər

Bakı,16 dekabr, AZƏRTAC

Bir müddət öncə zədə alan İspaniyanın “Real Madrid” komandasının aparıcı futbolçusu Kilian Mbappe məşqlərə başlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Onun sözlərinə görə, fransalı hücumçu qitələrarası kubokun finalında oynamaq üçün aktiv şəkildə çalışır.

Kilian Mbappe noyabrın 11-də UEFA Çempionlar Liqasının əsas mərhələsində İtaliyada “Atalanta”ya qarşı keçirilmiş VI tur oyununda (3:2) sol ayağından zədə almışdı.

Qeyd edək ki, “Real Madrid” klublararası dünya çempionatının finalında dekabrın 18-də Qətərin paytaxtı Doha şəhərində Meksika təmsilçisi “Paçuka” ilə qarşılaşacaq.

Избранный
16
2
azertag.az

3Источники