RU

İran Suriyanın yeni hökumətindən 30 milyard dollar tələb edir

Suriya uzun müddət sonra Türkiyənin dəstəyi ilə əsl vahid dövlət ola bilər. Əgər bu baş verərsə, türk diplomatiyasının növbəti zəfəri kimi yadda qalacaq.

Milli.Az xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

O bildirib ki, İran Suriyanın yeni hökumətindən 30 milyard dollar tələb edir.

"İran parlamenti həftənin əvvəlində qapalı iclas keçirərək Tehranın bölgədəki ən mühüm müttəfiqi olan Bəşər Əsədin devrilməsindən sonra Suriyada baş verənləri müzakirə edib.

İranın millət vəkili Məhəmməd Mənan Rəisi iclasda və bölgədəki hadisələrlə bağlı açıqlama verərək baş verənlərin sürpriz olduğunu bildirib. O, "6 minə yaxın şəhid verdik, milyardlarla dollar xərclədik, axırda isə Suriyanı bir həftə ərzində ekstremistlərə təslim etdik" - deyib.

Rəisi həmçinin qeyd edib ki, hökumət dəyişsə belə İran Suriya ilə bağlı iddialarından əl çəkməyəcək, çünki "Suriyada qurulacaq yeni administrasiya İran xalqına bu pulu ödəməyə borcludur"- deyə deyib".

Qeyd edək ki, bu vəziyyət Suriyanın yeni hökumətinin İranın tələb etdiyi 30 milyard dolları ödəyib-ödməyəcəyinə dair sualları gündəmə gətirir.

Asya
Milli.Az

Избранный
28
1
milli.az

2Источники